Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN: Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 4 cinayətin açılması təmin olunub.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

30 Mart 2021 11:00 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə