Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT Baş katibi pandemiyaya qarşı peyvənd planı hazırlanmasını təklif edib

BMT Baş katibi Antoni Quterreş ABŞ Dövlət katibi Entoni Blinkenlə videoformatda görüş keçirib.

 "Xalq qəzeti" xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə pandemiyaya qarşı mübarizə ilə yanaşı, Yəmən, Liviya və Suriya məsələləri, o cümlədən Yaxın Şərqdə sülh prosesini bərpası istiqamətində müzakirələr aparılıb.

Baş katib BMT ilə ABŞ arasında dialoqun davam etdirilməsi üçün əhəmiyyətli bir fürsət olduğunu söyləyib. 

A.Quterreş pandemiyanın yayılmasını dayandırmaq üçün qlobal peyvənd planına ehtiyac olduğuna inandığın deyərək, bu səbəbdən “G20” ölkələrinə belə bir plan hazırlamaq və həyata keçirmək üçün xüsusi bir qrup yaratmağı təklif edib.

30 Mart 2021 09:39 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə