Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Myanmada toqquşmalarda ölənlərin sayı 510-a çatıb

Myanmada fevralın 1-dən bəri etirazçılarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalarda ölənlərin sayı  510 nəfərə çatıb. 

 "Xalq qəzeti" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Myanmadakı Siyasi Məhbuslara Yardım Assosiasiyasının hesabatında bildirilib.

Hesablamalara görə, hərbçilər hakimiyyətə gəldikdən sonra etiraz aksiyalarına sərt basqı göstərilir: “Martın 29-da 51 nəfərin ölümü təsdiqlənib, onlardan 14-ü 29-37 yaş aralığındadır”. 

Qeyd edilib ki, bu günədək 2574 nəfər həbs edilib: “Hazırda 37 məhbus həbs cəzasına məhkum edilib. Daha 120 nümayişçi üçün həbs qərarı çıxarılıb. Bazar ertəsi 20-dən çox adamın nəzarətə alınıb” 

Martın 27-dən Myanmar Hava Qüvvələrinə aid təyyarələrin Karen ştatına zərbələr endirməsi nəticəsində yeddi kənddən, təxminən 10 min sakin evlərini tərk etmək məcburiyyətində qalıb. 

 

30 Mart 2021 09:35 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə