Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsər 62 milyon dollara satılıb

Dubaylı rəssam Saşa Cəfrinin kətan üzərində işlədiyi dünyanın ən böyük rəsm əsəri 62 milyon dollara satılıb. 1579 kvadratmetr sahəsi olan “Bəşəriyyətin səyahəti” adlı nəhəng tablo 70 hissəyə bölünərək hərraca çıxarılıb. “Palm in Dubai” incəsənət mərkəzində keçirilən xeyriyyə hərracından sonra keçirilən mətbuat konfransında bəyan edilib ki, rəssam satışdan əldə etdiyi gəliri UNESCO, UNICEF və “Dubai Cares” təşkilatlarının xeyriyyə tədbirlərinə sərf edəcək.

Məlumatı CNN yayıb.

Elçin ABBASOV, “Xalq qəzeti”

30 Mart 2021 02:57 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə