Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİN pandemiyaya qarşı reyd keçirdi - VİDEO

Sumqayıt şəhərində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən reyd keçirilib.

  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, Sumqayıt şəhərində koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları şəhərin hər bir küçə və prospektində insanlarla izahedici söhbətlər apararaq onları tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, yəni maskalardan istifadə etməyin vacibliyi barədə məlumatlandırıblar. 

Reyd zamanı ictimai nəqliyyat vasitələrində maskadan istifadə etməyən sərnişinlər və sürücülər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilib.

Tibbi maskadan istifadə etməyən sərnişinlər avtobuslardan düşürülüb, sürücülərə xəbərdarlıq edilib. Həmçinin, profilaktik tədbirlər zamanı taksilərdə şəffaf arakəsmələrdən istifadə etməyən sürücülər, eləcə də avtomobilin ön oturacağında əyləşən sərnişinlər barədə də qanunauyğun tədbirlər görülüb.

Reydlər zamanı şəhər ərazisində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən şəxslərə xəbərdarlıq edilib. Mağazalara maskasız daxil olan alıcılar və həmin obyektlərin əməkdaşları polislər tərəfindən cərimələnib. 

Tədbirlər çərçivəsində insanların sıx toplaşdığı bank və digər obyektlərin qarşısında sosial məsafənin gözlənilməsi polis əməkdaşları tərəfindən təmin edilib. 

Bir daha vətəndaşlardan xahiş və tələb olunur ki, koronovirusla mübarizədə ən effektiv üsullardan olan sosial məsafəni qorumaqla bərabər, tibbi maskalardan və dezinfeksiyaedici məhlullardan mütəmadi olaraq istifadə etsinlər.

 

29 Mart 2021 20:51 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə