Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakının bəzi qəsəbələrində qazın verilişi dayandırılıb

Mart ayının 29-da saat 15:50 radələrində “Qaz İxrac” İdarəsinin Qaraçuxur Qaz Paylayıcı Stansiyasında müşahidə olunan güclü qaz sızması ilə bağlı təcili təmir işlərinə ehtiyac yaranıb.

 Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən (İB) "Xalq qəzeti"nə verilən məlumata görə, qəza halı ilə əlaqədar olaraq Suraxanı rayonu Qaraçuxur, Yeni Günəşli və Əmircan qəsəbələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Qeyd edilib ki, günün sonuna qədər qaz təchizatının bərpası gözlənilir.

29 Mart 2021 16:47 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə