Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Subsidiyalardan təyinatı üzrə istifadə etməyən fermerlər cərimələnəcək

Kənd təsərrüfatı məhsulu istehsalının subsidiyalaşdırılması qaydasının pozulmasına görə cərimə müəyyənləşdirilir.

"Xalq qəzeti" xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı yeni - 411-2 maddəsinin əlavə edilməsi təklif olunur.

Layihəyə əsasən, fermer tərəfindən “electron kənd təsərrüfatı” informasiya sisteminə bilərəkdən yanlış məlumat daxil edilməklə subsidiya alınmasına, yaxud hesablarına köçürülən subsidiya məbləğindən təyinatı üzrə istifadə edilməməsinə görə xəbərdarlıq edilir və ya inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) 2 mislindən 4 mislinədək miqdarda cərimə tətbiq olunması nəzərdə tutulur. 

29 Mart 2021 16:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə