Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aİ rəhbərliyinin Türkiyəyə səfərinin tarixi açıqlanıb

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel və Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin Türkiyəyə səfər edəcəyi tarixin vaxtı müəyyənləşib.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Aİ Şurası prezidentin mətbuat katibi Barend Leyts "Twitter"də bildirib.

Onun sözlərinə görə, Aİ rəhbərləri növbəti həftə, aprelin 6-da Türkiyəyə səfər edəcəklər.

Səfər çərçivəsində Ursula von der Leyen və Şarl Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəklər.

29 Mart 2021 16:19 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə