Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi qaydaları dəyişib

Nazrlər Kabineti “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda dəyişilik edib.

"Xalq qəzeti" xəbər verir ki, bu Qaydalar tikinti ərazisinin hüdudları daxilində torpaq sahəsinin səmərəli və təhlükəsiz istifadəsi məqsədi ilə təbii (geoloji) şəraitin və texnogen təsirlərin öyrənilməsi, eləcə də ərazinin planlaşdırılması, tikinti obyektlərinin layihələrinin hazırlanması və əsaslandırılması üçün zəruri ilkin məlumatlar əldə etmək məqsədi ilə həyata keçirilən mühəndis-axtarış işlərinin aparılması qaydasını, bu növ işlərin yerinə yetirilməsinə dair tələbləri, işlərin icrası zamanı tikinti və şəhərsalma fəaliyyəti subyektlərinin vəzifələrini, həmçinin mühəndis-axtarış işlərinə dair dövlət nəzarətinin həyata keçirilməsi mexanizmini müəyyən edir.

Tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələrinin hazırlanması və tikintisinin həyata keçirilməsi, eləcə də həmin tikinti obyektlərinin yerləşəcəyi torpaq sahələrinin planlaşdırılması üçün mühəndis-axtarış işlərinin aparılması mütləqdir.

Dəyişikliyə əsasən, mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat həmin axtarış işlərini aparan şəxs tərəfindən işlərin başa çatdığı vaxtdan 10 (on) gün müddətində sifarişçiyə və Mərkəzə təqdim ediləcək.

Eyni zamanda mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat təqdim edildiyi gündən, həmin texniki hesabata rəy verilməsi tələb olunan hallarda isə rəyin verildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən elektron formada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilir. Mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat, habelə həmin texniki hesabata dair rəy barəsində məlumatlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Dövlət məlumat fondunda saxlanılacaq. Mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabata rəy verilməsi tələb olunan hallarda rəyin verildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən rəyin bir nüsxəsi kağız formasında sifarişçiyə təqdim ediləcək.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə