Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə XİN: Şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb

10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb.

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

“Beləliklə, iki ölkə vətəndaşları, Türkiyə və Azərbaycan arasında birbaşa səyahətlərini pasporta ehtiyac duymadan, yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə göstərməklə edə biləcəklər. Can Azərbaycanla 1 aprel 2021-ci il tarixi etibarı ilə həyata keçəcək yeni qayda ölkələrimiz arasında “iki dövlət, tək millət” şüarında ifadə edilən güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək”, - deyə qeyd olunub.

29 Mart 2021 12:36 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə