Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya və Azərbaycan XİN rəhbərlərinin Moskvada görüşü planlaşdırılır

Moskvada Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında görüş planlaşdırılır.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, görüş aprelin 2-də Moskvada keçiriləcək Müstəqil Dövlətlər Birliyi ​ xarici işlər nazirlərinin iclası çərçivəsində baş tutacaq.

M. Zaxarova Rusiya xarici işlər nazirinin MDB XİN başçılarının iclası çərçivəsində azərbaycanlı və erməni həmkarları ilə görüşlərinin keçirilməsinin planlaşdırıldığını söyləyib.

26 Mart 2021 12:12 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə