Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hikmət Hacıyev: Bildirdim ki, Azərbaycana aid olan hər şeyin təhqir edildiyi bir vəziyyətdə kilsə tikintisi xristianlığın əsas prinsiplərinə ziddir

“2017-ci ildə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi olarkən ermənilərin heç zaman yaşamadığı, işğal edilmiş Cəbrayılda hərbçilər üçün kilsənin qanunsuz tikintisi barədə bəyanat vermişdim”.

"Xalq qəzeti" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında paylaşıb.

“Bildirdim ki, Azərbaycana aid olan hər şeyin təhqir edildiyi bir vəziyyətdə kilsə tikintisi xristianlığın əsas prinsiplərinə ziddir”, - deyə H.Hacıyev bildirib.

25 Mart 2021 15:02 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə