Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Martın 26-na olan hava proqnozu

Martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq. Gecəyə doğru yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq. Havanın temperaturu  gecə  5-8 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq. 

Bakıda gecə 6-8 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacaq. 

 

Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. 

Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz  olacaq. 

Martın 26-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə  4-7 dərəcə  isti, gündüz  12-17 dərəcə isti , dağlarda gecə 0-5 dərəcə  isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz  5-10 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

Martın 26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi  meteohəssas insanlar üçün əlverişlidir.

 
25 Mart 2021 18:06 - EKOLOGİYA
EKOLOGİYA
13 Aprel 2021 | 18:52
Sabahın HAVA PROQNOZU
2 Aprel 2021 | 19:50
Sabahın HAVA PROQNOZU
1 Aprel 2021 | 19:17
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə