Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mingəçevirdə yataqxana binasında yanğın olub

Mingəçevir şəhərində beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan otağın yanar konstruksiyaları 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən  bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib, onlara hadisə yerində ilkin yardım göstərilib. Otağın qalan hissəsi və digər otaqlar yanğından mühafizə olunub.

25 Mart 2021 09:57 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə