Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistana koronavirusla əlaqədar 12 ölkədən vətəndaşların girişinə qadağa qoyulub

Pakistan bəzi ölkələrdə koronavirusa yoluxma hallarının kəskin artması ilə əlaqədar bu ölkələrin vətəndaşlarının girişinə qadağa qoyub. 

 "Xalq qəzeti" TASS-a istinadən xəbər verir ki, Pakistan Aviasiya İdarəsi bu barədə qərar verib.

Martın 23-dən qüvvəyə minən və aprelin 5-dək davam edəcək qadağa 12 ölkənin vətəndaşına tətbiq ediləcək. Bu qadağa Brazilya, Kolumbiya, Qayana, Mozambik, Peru, Ruanda, Tanzaniya, Zambiya, Komor adaları, Keniya, Cənubi Afrika Respublikası, Botsvana vətəndaşlarına aiddir.

Həmçinin Çin, Avstraliya da daxil olmaqla 20-dən artıq ölkənin vətəndaşı Pakistana səfər etməzdən əvvəl COVID-19 testi verməlidir.

22 Mart 2021 11:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə