Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclisin sədri Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edib.

"Xalq qəzeti" xəbər verir ki, təbrikdə deyilir:

“Sizləri ürəkdən təbrik edir, sizlərə sağlamlıq, bol ruzi-bərəkət, sevinc dolu xoşbəxt ömür arzulayıram. Novruz təbiətin canlanması, yenilənməsi rəmzidir. Arzu edirəm bu bayram sizlərin ocağına bərəkət, sevinc və əmin-amanlıq gətirsin.

Bu bayramı ərazi bütövlüyümüzü bərpa etmiş bir xalq kimi qeyd edirik. Allah Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə və doğmalarına səbir ehsan eləsin, yaralılarımıza və qazilərimizə şəfa nəsib eləsin!”.

20 Mart 2021 15:06 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə