Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bayden Trampın Çinlə bağlı qərarlarına yenidən baxacaq

ABŞ-ın yeni rəhbərliyi əvvəlki prezident Donald Trampın Çin ilə ticari və iqtisadi əlaqələrə dair verdiyi bəzi qərarları yenidən nəzərdən keçirəcək.

"Xalq qəzeti" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.

“İqtisadiyyat, ticarət, texnologiya mövzusunda tərəfdaşlarımıza (Çinli tərəfdaşlar – Red) Konqresin müttəfiqləri və tərəfdaşları ilə sıx məsləhətləşmə aparacağımızı söylədik. Və bu məsələlərdə işçi qüvvəmizin mənafeyini tam qoruyan və təşviq edəcək şəkildə irəliləyəcəyik”-deyə, diplomat bildirib.

Qeyd edək ki, Ankoricdə (Alyaska ştatı) Amerika administrasiyasının dəyişməsindən sonra Çin Xalq Respublikası və ABŞ arasında ilk danışıqlar aparılıb.

20 Mart 2021 11:30 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə