Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 71                       Bakı şəhəri, 19 mart 2021-ci il
 

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddələr 1209, 1231, № 10, maddələr 1274, 1275, 1278, 1283, 1298, 1314, 1315,
№ 11, maddələr 1387, 1394; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 dekabr tarixli 484 nömrəli, 8 dekabr tarixli 488 nömrəli, 25 dekabr tarixli 511 nömrəli, 2021-ci il 16 yanvar tarixli 9 nömrəli, 29 yanvar tarixli 23 nömrəli və 3 mart tarixli 48 nömrəli qərarları) 1.1.15-ci yarımbəndində “20 mart saat 00:00-dan 22 mart saat 06:00-dək, 27 mart saat 00:00-dan 29 mart saat 06:00-dək” sözləri “20 mart saat 00:00-dan 29 mart saat 06:00-dək” sözləri ilə əvəz edilsin.
 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə