Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq konfransda Azarbaycan alimlərinin məruzələri dinlənilib

Türkiyə Respublikasının Qars valiliyi, Qafqaz Universiteti və bir sıra elmi tədqiqat mərkəzlərinin dəstəyi ilə keçirilən “III  Beynəlxalq Aras Hövzəsi  Konfransı” universitetin rektoru professor Hüsnü Kapunun müraciət  məktubu və “Belli Təhsil, Mədəniyyət, Tarix və Arxeloji Araşdırma Mərkəzi”nin rəhbəri,  professor Oktay Bellinin giriş cıxışı ilə işə başlayıb və  3 bölümdə işini davam etdirib.

70-dən cox elm adamının və tədqiqatçının qatıldığı beynəlxalq konfransda tarix, arxeologiya, coğrafiya, geologiya, iqtisadiyyat, turizm, etnoqrafiya, dil və ədəbiyyat, ilahiyyat, idman, musiqi, təbii mühit, daşınmaz mədəniyyət irsi, memarlıq, ənənəvi kulinariya mədəniyyəti və Araz hövzəsinin yeməkləri haqqında  məruzələr geniş və dəyərli müzakirə mövzusu olub.

Beynəlxalq tədbirdə Azərbaycanlı alimlərdən akademik İsmayıl Haciyevin “Atropatena dövləti və Naxçıvan münasibətləri haqqında”, dosent Əbülfəz Əzimlinin  “Araz-Araz, Xan Araz—Bingöldən axan Araz”, dosent  Zülfiyyə İsmayılın “Araz hövzəsi ləhcələrində ümumi ifadələrin  xüsusiyyətləri”, dosent Ramiz Qasımovun “Azərbaycan şairi Məmməd Arazın yaradıcılığında Araz milli tale və istiqlal mövzusu kimi”, dosent Gülnarə Qənbarovanın  “Orta əsrlərdə Araz çayı üzərindəki körpülərin əhəmiyyəti və memarlığı” mövzusunda cıxışları maraq doğurub.  

Beynəlxalq tədbirdə qəzetimizin əməkdaşı, Əməkdar jurnalist Namiq Əhmədovun “Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövründə Türkiyə ilə münasibətlərin qurulması” adlı məruzəsi də dinlənilib.

Konfransda təqdim edilən məruzələr “III  Beynəlxalq Araz Hövzəsi  Konfransı”nın materialları adı ilə  kitab şəkilində çap ediləcək və elmi içtimaiyyətə catdırılacaqdır.

 

“Xalq qəzeti”

19 Mart 2021 11:55 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə