Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 14 il ötür

Martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 14 il ötür.

 "Xalq qəzeti" xəbər verir ki, Prezident İlham Əliyevin 2010-cu il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Prezident İlham Əliyev son illərdə miqrasiya proseslərinin vahid dövlət siyasəti ilə tənzimlənməsi sahəsində kompleks tədbirlərin həyata keçirilməsini təmin edib. Dövlətimizin başçısı bu istiqamətdə mühüm addımlarından biri kimi 2006-cı ildə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Dövlət Proqramında miqrasiya idarəetmə sisteminin inkişafı, miqrasiya proseslərinin tənzimlənməsini, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin səmərəliliyinin təmini, miqrasiya müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması kimi önəmli məsələlər yer alıb. Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxıb. Bunu nəzərə alan Prezident İlham Əliyev 2007-ci il martın 19-da Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında Fərman imzalayıb. Miqrasiya sahəsində dövlət siyasətini, habelə miqrasiya proseslərinin idarə edilməsində qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən DMX-yə hüquq-mühafizə orqanı statusu verilib. Xidmət fəaliyyətə başlayandan tənzimlənməyən miqrasiya proseslərinin mənfi təsirinin aradan qaldırılmasına çalışır.

Ötən 14 ildə idarəetmənin təkmilləşdirilməsi, peşə hazırlığının yüksəldilməsi, normativ hüquqi və maddi-texniki bazanın yaradılması istiqamətində əməli tədbirlər görülüb. Xalqımıza, dövlətimizə, dövlətçiliyimizə sədaqətlə xidmət edən DMX-nin əməkdaşları qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetiriblər. Ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə Xidmətin qarşısına qoyulmuş tapşırıqların icrası təmin edilib. Ali diqqət və qayğı, eyni zamanda, ciddi nəzarət sayəsində DMX-nin qarşıya qoyulan, qanunvericiliklə üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilən mobil bir quruma çevrilib.

DMX-nin 14 illik fəaliyyətində daim dövlətimizin başçısının fərman və sərəncamlarını, tapşırıqlarını, tövsiyələrini rəhbər tutur, göstərilən yüksək diqqət və qayğının müqabilində işini ən müasir tələblər səviyyəsində qurmağa çalışır. Bu illərdə Xidmət formalaşıb, güclənib, daha da inkişaf edib. Son dövrdə Azərbaycanın miqrasiya sahəsində beynəlxalq əməkdaşlığının genişləndirilməsində önəmli hadisələrdən biri də bu il martın 16-da Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin təsis edilməsi haqqında müqavilənin imzalanması olub. DMX pandemiya dövründə bütün zəruri tədbirlər görməklə yanaşı, post-pandemiya dövründə əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirib.

19 Mart 2021 09:25 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə