Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda dumanlı hava sabahadək davam edəcək

"Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur".

"Xalq qəzeti" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. 

Onun sözlərinə görə, dumanın əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir: "Xəzər dənizi üzərində formalaşan duman qatı arabir güclənən cənub-qərb küləyi nəticəsində Abşeron yarımadasına daxil olub. Belə hava şəraiti martın 18-i gün  ərzində, 19-u gecə və səhər saatlarında fasilələrlə davam edəcək".

18 Mart 2021 10:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə