Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 67               Bakı şəhəri, 16 mart 2021-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 695; 2013, № 10, maddə 1228; 2014, № 1, maddə 56; 2017, № 4, maddə 666; 2018, № 11, maddə 2431; 2019, № 2, maddə 357, № 11, maddə 1863; 2020, № 1, maddə 67; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 22 fevral tarixli 40 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.10-1-ci bəndinin üçüncü abzasına “DALF” abreviaturasından sonra “, STANAG” abreviaturası əlavə edilsin.
 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə