Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 66                  Bakı şəhəri, 16 mart 2021-ci il
“Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 4, maddə 795) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilsin:
“1.2-1. İctimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin elektron nəzarət vasitələrindən istifadəsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai işlər növündə cəza çəkən və ya ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin elektron nəzarət vasitəsindən istifadə Qaydası” ilə müəyyən olunur.”.
2. 4.7-ci bəndin birinci cümləsinə “ona xidmət” sözlərindən əvvəl “üzrsüz səbəbdən” sözləri əlavə edilsin.
 

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə