Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkir Subartezian Quyularının İstismarı İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 3 (üç) lot üzrə keçiriləcəkdir.
Lot-1. Maşın-mexanizmlər üçün ehtiyat hissələrinin satın alınması.
Lot-3. Subartezian quyularında elektrik təsərrüfatının sazlama işlərinin satın alınması.
Lot-4. Subartezian quyularının (yeni quyu kalonunun qazılması, elektrik təsərrüfatının təmiri, su sayğaclarının quraşdırılması və abadlıq işləri) təmiri işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.
Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 30-na kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.
Əlaqələndirici şəxs- Hümmətov Arif Musa oğlu.
Ünvan- Şəmkir rayonu, Dəllər qəsəbəsi.
E-mail: [email protected]
Tel- 050 420 40 30.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər lot üçün 100 (bir yüz) manat məbləğində vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.
• Şəmkir Subartezian Quyularının İstismarı İdarəsi
Bank rekvizitləri:
Bank- Dövlət Xəzinədarlığı Agentliyi
• VÖEN-1401555071
• Kod- 210005
• M/h-AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ 22
• H/h- AZ66CTRE00000000000002353802
• VÖEN-8500249601
Əlavə qeyd- Şəmkir SQİİ-nin xüsusi hesabı
Fond-3
BSK-142575
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.
1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi.
2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır).
3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır).
4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir.
5. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
6. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi.
Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb edilən sənədlərdə və formalarda təqdim olunmalıdır.

16 Mart 2021 00:29 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 May 2021 | 00:40
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə