Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 62                        Bakı şəhəri, 5 mart 2021-ci il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” 2015-ci il 30 mart tarixli 90 nömrəli, “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın təsdiq edilməsi barədə” 2015-ci il 20 avqust tarixli 287 nömrəli, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli, “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2016-cı il 5 fevral tarixli 37 nömrəli, “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi barədə” 2016-cı il 14 mart tarixli 124 nömrəli, “Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinə nəqliyyat xərcləri üçün verilən pul kompensasiyasının məbləğinin müəyyən edilməsi barədə” 2016-cı il 19 aprel tarixli 164 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanılan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi barədə” 2017-ci il 28 dekabr tarixli 609 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli Qərarının ləğv edilməsi barədə
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 6.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin yaradılması və istismarı ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 mart tarixli 90 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 335; 2020, № 4, maddə 482) 3-cü hissəsi ləğv edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 20 avqust tarixli 287 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 972; 2016, № 11, maddə 1976; 2017, № 12 (II kitab), maddə 2477; 2020, № 10, maddə 1313; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 24 noyabr tarixli 459 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Mədəni sərvətlərdən aztəminatlı əhali, əlillər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, müharibə iştirakçıları tərəfindən güzəştli istifadə Qaydası”nın 2.3.1-ci yarımbəndində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə və “şəhər, rayon şöbəsində” sözləri “yerli qurumunda” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1225; 2016, № 7, maddə 1343, № 11, maddə 1977; 2017, № 12 (II kitab), maddə 2552; 2018, № 2, maddə 354, № 12 (II kitab), maddə 2730; 2019, № 5, maddə 983, № 7, maddələr 1318, 1330; 2020, № 5, maddə 633) ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
3.1. 1.1-ci bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri (bundan sonra – Şöbə)” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumları (bundan sonra – Qurum)” sözləri ilə əvəz edilsin;
3.2. 1.5-ci bənddə, 2.1.1-ci yarımbənddə, 3.1-ci, 4.1-4.3-cü, 4.6-cı, 4.7-ci bəndlərdə, 5.1-ci bəndin birinci və ikinci (hər üç halda) cümlələrində, 5.2-ci bəndin birinci və ikinci cümlələrində, 5.4-cü, 6.1-ci, 6.2-ci (hər iki halda) bəndlərdə, 6.3-cü bəndin birinci (hər iki halda) və üçüncü (hər üç halda) cümlələrində, 6.4-cü (hər iki halda), 6.5-ci (hər iki halda), 6.7-ci, 6.9-cü bəndin birinci cümləsində, 7.1-ci bənddə, 7.2-ci bəndin ikinci cümləsində, 7.4-cü bənddə, 7.6-cı bəndin birinci cümləsində (hər iki halda) və ikinci cümləsində, 7.8-ci, 7.10-cu bəndlərdə, 7.11-ci bəndin birinci cümləsində və 7.13-cü bənddə ismin müvafiq hallarında “Şöbə” sözü ismin müvafiq hallarında “Qurum” sözü ilə əvəz edilsin;
3.3. 5.2-ci bəndin ikinci cümləsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin;
3.4. 6.9-cu bəndin birinci cümləsində “Şöbələrdən” sözü “Qurumlardan” sözü ilə əvəz edilsin;
3.5. 7.9-cu bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin;
3.6. həmin Qaydalara 1 nömrəli əlavədə “Nazirliyi yanında” sözləri “Nazirliyinin tabeliyində” sözləri ilə, “şəhər, rayon şöbəsinə” sözləri “yerli quruma” sözləri ilə və “Şöbəyə” sözü “Quruma” sözü ilə əvəz edilsin;
3.7. həmin Qaydalara 4 nömrəli əlavədə (hər iki halda) “şəhər, rayon şöbəsinin” sözləri “yerli qurumunun” sözləri ilə və “Şöbə müdiri” sözləri “Qurumun müdiri” sözləri ilə əvəz edilsin;
3.8. həmin Qaydalara 5 nömrəli əlavədə “şəhər, rayon şöbəsinin” sözləri “yerli qurumunun” sözləri ilə və hər beş halda “Şöbə” sözü “Qurum” sözü ilə əvəz edilsin;
3.9. həmin Qaydalara 6 nömrəli əlavədə “Şəhər, rayon şöbəsinin” sözləri “Yerli qurumun” sözləri ilə, “şəhər, rayon şöbəsi” sözləri “yerli qurum” sözləri ilə və bütün hallarda “Şöbə” sözü “Qurum” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 379, № 7, maddə 1342, № 11, maddələr 1965, 1976, № 12, maddə 2239; 2018, № 8, maddələr 1793, 1795; 2018, № 12 (II kitab), maddə 2730; 2019, № 1, maddə 165, № 3, maddə 532, № 7, maddələr 1318, 1334; 2020, № 10, maddə 1269) ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1.2.4-cü yarımbənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumunda” sözləri ilə əvəz edilsin;
4.2. 2.4-cü bənddə “Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinə (bundan sonra – Şöbə)” sözləri “Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumuna (bundan sonra – Qurum)” sözləri ilə əvəz edilsin;
4.3. 2.5-ci bəndin birinci və ikinci cümlələrində, 3.3-cü, 3.4-cü və 4.2-ci bəndlərdə ismin müvafiq hallarında “Şöbə” sözü ismin müvafiq hallarında “Qurum” sözü ilə əvəz edilsin;
4.4. 3.7.5-ci yarımbənddə “Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı” sözləri “Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumu” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 mart tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 790; 2018, № 12 (II kitab), maddə 2741) ilə təsdiq edilmiş “Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1.4-cü bənddə “məşğulluq xidməti orqanlarının” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin” sözləri ilə əvəz edilsin;
5.2. 4.1.4-cü yarımbənddə “dövlət məşğulluq orqanlarında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında və “DOST” mərkəzlərində” sözləri ilə əvəz edilsin.
6. “Ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinə nəqliyyat xərcləri üçün verilən pul kompensasiyasının məbləğinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 19 aprel tarixli 164 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 819, № 11, maddə 1976) aşağıdakı dəyişikliklər edilsin:
6.1. adında “rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarının” sözləri ilə əvəz edilsin;
6.2. 1-ci və 2-ci hissələrdə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə və “şəhər, rayon şöbələrinin” sözləri “yerli qurumlarının” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 28 dekabr tarixli 609 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (II kitab), maddə 2554; 2019, № 5, maddə 976) ilə təsdiq edilmiş “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanılan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 1.3-cü bəndində “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna” sözləri “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş” sözləri ilə əvəz edilsin.
8. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş məzunları üçün “Məzun evi” Sosial Müəssisəsinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 7 oktyabr tarixli 320 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1234; 2016, № 11, maddə 1976; 2017, № 4, maddə 619; 2020, № 4, maddə 479, № 8, maddə 1122) ləğv edilsin.
 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə