Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin Təcili Yardım Avtobazası Publik Hüquqi Şəxsi 2021-ci ilin I yarımilliyində “Mercedes- Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı təcili yardım avtomaşınlarının ehtiyat hissələrinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 2(iki) lot üzrə keçirilir.
Lot-1. “Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı avtomaşınların cari təmiri üçün ehtiyat hissələrinin satın alınması.
Lot-2. “Mercedes-Benz Vito” və “Mercedes-Benz Sprinter” markalı avtomaşınların əsaslı təmiri üçün ehtiyat hissələrinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına asan login vasitəsilə (elektron imza və ya asan imza) daxil ola və tender haqqında ətraflı məlumatı (əsas şərtlər toplusunu) əldə edə bilərlər.
İddiaçılar öz tender təkliflərini bütün vergi və rüsumlar nəzərə alınmaqla hesablamalıdırlar.
Üstünlük veriləcək meyarlar – ən sərfəli qiymət, yüksək keyfiyyət (mənşə sertifikatı təqdim olunaraq orijinal ehtiyat hissələri) bu sahədə peşəkarlıq, maliyyə imkanları və malların cədvələ uyğun təhvili.
Potensial imkanları olan iddiaçılar aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasıtəsilə təqdim edə bilərlər.
İştirak haqqı hər bir lot üçün 500 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
“Kapital Bank” ASC-nin 28 May filialı
Kod- 200123
VÖEN- 9900003611
M/h- AZ37NABZ 01350100000000001944
S.W.I.F.T. AIIBAZ2X
Təcili Yardım Avtobazası Publik Hüquqi Şəxsi
H/h-AZ71AIIB 36015019440801568112
VÖEN - 1500247381
Tenderdə iştirak üçün bütün iddiaçılar aşağıdakı sənədləri hazırlayıb tender komissiyasına təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət (müraciətdə müəssisənin adı,yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrəsi, rəhbərin adı və soyadı göstərilməklə imzalanıb möhürlənmiş olmalıdır);
-iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı
30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla tender təklifi ilə birlikdə təqdim edilir);
-bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır;
-Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notariusdan təsdiq edilmiş surəti);
-müqavilənin yerinə yetirilməsi təminatı 2 faiz (iddiaçının təklifi 100000 ABŞ dolları manat ekvivalentindən çox olarsa);
-müvafiq mallar və xidmətlər üzrə mənşə və uyğunluq sertifikatları.
Tenderdə iştirak üçün iddiaçılar ixtisas göstəricilərinə aid yuxarıda göstərilən sənədləri 13 aprel 2021-ci il saat 17.00-a, tender təklifi ilə bank təminatını isə 22 aprel 2021-ci il saat 12.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 23 aprel 2021-ci il saat 12.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələri ilə portal vasitəsilə tanış ola bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.
 

Tender komissiyası

13 Mart 2021 01:42 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
7 May 2021 | 00:59
BİLDİRİŞ
7 May 2021 | 00:57
BİLDİRİŞ
7 May 2021 | 00:53
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə