Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daxili İşlər Nazirliyinin Tibb İdarəsinə bilavasitə tabe olan A.Heydərov adına Respublika Hospitalı 2021-ci il üçün yumşaq inventarların və xüsusi tibbi geyimlərin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalı (portal) vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, podratçı şirkətin son beş ildə ortaqlıq etdiyi büdcə təşkilatlarından tövsiyə məktubu və müqavilənin vaxtında yerinə yetirilməsi.
. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
İştirak haqqı 1000 (bir min) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Müqavilənin yerinə yetirilmə müddəti - malların təhvil verilməsi 2021-ci il dekabrın 30-na qədər başa çatdırılmalıdır.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.
Əlaqələndirici şəxs- Qəhrəmanov Xəyyam Vaqif oğlu.
Ünvan- Bakı şəhəri, Ziya Bünyadov prospekti 36.
Telefon- (012) 590- 66- 26.
• Bank- Dövlət Xəzinədarlığı Agentliyi
• Kod- 210005
• VÖEN- 1401555071
• M/h- AZ41NABZ 01360100000000003944
• S.W.İ.F.T- CTREAZ22
• H/h- AZ95CTRE 00000000000002077703
• VÖEN- 1500395041
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (dövlət reyestrindən çıxarışın və şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir, rekvizitlərin iddiaçının, yaxud bankın imzası və ya möhürü ilə təsdiq edilməsi və PDF formatında yerləşdirilməsi zəruridir);
-tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 bank günü çox olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış (arayışın tender elan olunduğu tarixdən sonra alınması və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (son maliyyə dövrünə olan məlumatı əks etdirməsi və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (arayışın tender elan olunduğu tarixdən sonra alınması və sənədin əslinin skan edilərək PDF formatında yerləşdirilməsi zəruridir);
-satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;
-müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim olunmuş arayış.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 8 aprel 2021-ci il saat 15.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 16 aprel 2021-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 19 aprel 2021-ci il saat 15.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

13 Mart 2021 01:41 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
7 May 2021 | 00:59
BİLDİRİŞ
7 May 2021 | 00:57
BİLDİRİŞ
7 May 2021 | 00:53
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə