Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Goranboy Suvarma Sistemləri İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 4(dörd) lot üzrə keçirilir.
Lot-1. Cari təmir işləri üçün mexanizmlərə və avtomobillərə ehtiyat hissələrinin satın alınması.
Lot-2. Suvarma kanallarının mexanizmlərlə lildən təmizlənməsinin satın alınması.
Lot-3. Çay məcralarının tənzimlənməsinin satın alınması.
Lot-4. Əsaslı təmir işləri üçün Xan arxı kanalının torpaq məcralı hissəsinin üzərindəki qurğularla birlikdə beton üzlüyə alınmasının satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət standartlarının www.etender.gov.az vahid internet portalına elektron imzaların vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı hər lot üçün 100 (bir yüz) manatdır.
Təşkilat-Goranboy Suvarma Sistemləri İdarəsi
Bank rekvizitləri-
• VÖEN- 6100096361
H/h- AZ82CTRE00000000000002350701
• Bank- 20 Saylı Regional Xəzinədarlıq idarəsi
• VÖEN-1401555071
• Kod- 210005
• M/h-AZ41NABZ01350100000000003944
• S.W.İ.F.T: CTREAZ22
• Büdcə gəlirlərinin təsnifatı kodu- 423330
• Büdcə səviyyəsinin kodu-3
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tender təklifi (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 30(otuz) bank günü qüvvədə olmalıdır);
- tender təıklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1(bir) faizi məbləğində tender təklifinin təminatı-bank zəmanəti (zərflərin açıldığı tarixdən sonra ən azı 60(altmış) bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarında arayışlar;
- iddiaçının son bir ildəki fəaliyyəti hqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatlarının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçının son üç ildə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması haqında arayış;
- əsas şərtlər toplusunda göstərilən digər müvafiq sənədlər.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalınan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricisinə aid sənədləri 14 aprel 2021-ci il saat 12.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 22 aprel 2021-ci il saat 12.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 23 aprel 2021-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

13 Mart 2021 01:36 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
7 May 2021 | 00:59
BİLDİRİŞ
7 May 2021 | 00:57
BİLDİRİŞ
7 May 2021 | 00:53
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə