Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saatlı Suvarma Sistemləri İdarəsi 2021-ci il üçün istismar tədbirlərinin yerinə yetirilməsi ilə əlaqədar AÇIQ TENDER ELAN EDİR

Tender 3 lot üzrə keçirilir.
Lot-2. Mexanizm və nəqliyyat vasitələrinə ehtiyat hissələrinin satın alınması.
Lot-3. Nasos stansiyalarının mexaniki avadanlıqlarının satın alınması.
Lot- 4 .Lildən təmizləmə işlərinin satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
– aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.
Bağlanmış müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 200 (iki yüz) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Saatlı şəhəri, H.Əliyev prospekti 235, Saatlı Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs – Umudəli Umudovdan, telefon
– 0-2128-5-20-19) ala bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Dövlət Xəzinədarlığı Agentliyi
H/h – AZ 11CTRE 00000000000002354501
VÖEN – 6700035821
Fond – 7, maddə – 142330
XHK – 004061
Kod – 210005
VÖEN – 1401555071
M/h – AZ41NABZ 01360100000000003944
SWİFT CTRE AZ
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender prosedurunda iştirak üçün “Dövlət satınalmaları haqqında” Qanunun 6-cı maddəsinin tələblərinə uyğun olaraq iddiaçının müvafiq sahədə peşəkarlığı, təcrübəsi, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi, etibarlılığı və.s barədə müvafiq sənədlər təqdim edilməlidir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 21 aprel 2021-ci il saat 17.00-a, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 29 aprel 2021-ci il saat 17.00-a qədər Saatlı şəhəri, H.Əliyev prospekti 235, Saatlı Suvarma Sistemləri İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 30 aprel 2021-ci il saat 17.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender komissiyası

13 Mart 2021 01:35 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
7 May 2021 | 00:59
BİLDİRİŞ
7 May 2021 | 00:57
BİLDİRİŞ
7 May 2021 | 00:53
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə