Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 63                            Bakı şəhəri, 5 mart 2021-ci il


Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 289 nömrəli Fərmanının icrası haqqında” 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli, “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısının təsdiq edilməsi barədə” 2001-ci il 4 yanvar tarixli 4 nömrəli, “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 23 fevral tarixli 48 nömrəli, “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 9 yanvar tarixli 2 nömrəli, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanlarının və Azərbaycan Respublikasının Əlilləri Sosial Müdafiə Fondunun idarə aparatının yeni strukturu haqqında” 2002-ci il 19 fevral tarixli 29 nömrəli, “Dövlət sosial sığorta şəhadətnaməsinin formasının təsdiq edilməsi haqqında” 2002-ci il 23 mart tarixli 46 nömrəli və “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə” 2002-ci il 24 may tarixli 84 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanının 6.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 176 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 702; 2006, № 11, maddə 990; 2019, № 3, maddə 531) ilə təsdiq edilmiş “Qaçqın və məcburi köçkün qadınların münasib işlə təmin edilməsi Proqramı”nın 9-cu hissəsinin “Tədbirlər” sütununda “Dövlət məşğulluq xidməti orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları və “DOST” mərkəzləri” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 53; 2002, № 10, maddə 635; 2003, № 6, maddə 342; 2008, № 8, maddə 787; 2010, № 3, maddə 264, № 6, maddə 569; 2013,
№ 10, maddə 1200; 2016, № 9, maddə 1585, № 11, maddə 1976; 2019, № 3, maddə 513, № 7, maddə 1319) ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyən-ləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.4-cü bəndinin dördüncü abzasında, 1.5-ci bəndinin üçüncü abzasında, 1.9-1.11-ci bəndlərinin ikinci abzaslarında və 1.13-cü bəndinin altıncı abzasında “Azərbay-can Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə və “şəhər, rayon şöbəsinin” sözləri “yerli qurumunun” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 126; 2003, № 4, maddə 214, № 6, maddə 349; 2005, № 2, maddə 134; 2006,
№ 2, maddə 184, № 3, maddə 308; 2010, № 10, maddə 905; 2017, № 10, maddə 1888; 2019, № 7, maddə 1335) ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qayda-ları”nın 1.2.2-ci yarımbəndində, 4.5-ci bəndində və 5.5-ci bəndinin ikinci cümləsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 9 yanvar tarixli 2 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 1, maddə 81; 2003, № 4, maddə 217; 2006, № 6, maddə 578; 2007, № 2, maddə 199, № 5, maddə 549; 2016, № 11, maddə 1976; 2017, № 5, maddə 998, № 10, maddə 1914; 2019, № 5, maddə 983) ilə təsdiq edilmiş “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunması ilə əlaqədar həmin müavinətlərin vətəndaşlara verilməsi Qaydaları”nın 4-cü hissəsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeli-yində” sözləri ilə, “şəhər, rayon şöbəsinə” sözləri “yerli qurumuna” sözləri ilə və “şəhər, rayon şöbələri” sözləri “yerli qurumlar” sözləri ilə əvəz edilsin.
5. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanlarının və Azərbaycan Respublikasının Əlilləri Sosial Müdafiə Fondunun idarə aparatının yeni strukturu haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 19 fevral tarixli 29 nömrəli Qərarının (Azərbay-can Respublikasının Qanunvericilik Toplusu, 2002, № 2, maddə 107; 2003, № 11, maddə 665; 2006, № 12, maddə 1167; 2011, № 2, maddə 157, № 5, maddələr 448, 450) 1-ci hissəsi ləğv edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 23 mart tarixli 46 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 149; 2005, № 6, maddə 546; 2008, № 2, maddə 114; 2016, № 6, maddə 1221, № 11, maddə 1974) ilə təsdiq edilmiş “Dövlət sosial sığorta şəhadətnaməsinin Təsviri”nin beşinci abzasında “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 24 may tarixli 84 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 321; 2008, № 2, maddə 130; 2011, № 2, maddə 157, № 5, maddə 449; 2017,
№ 12 (II kitab), maddə 2550; 2018, № 10, maddə 2164; 2019, № 3, maddələr 513, 530, № 7, maddə 1319) ilə təsdiq edilmiş “Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
7.1. 2.1-ci bənddə “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin şəhər, rayon, məşğulluq orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumları (bundan sonra – yerli qurumlar)” sözləri ilə əvəz edilsin;
7.2. 2.2-ci bəndin birinci abzasına, 2.5-ci bəndin birinci cümləsinə və 2.8-ci bəndə “mərkəzlər” sözündən əvvəl “yerli qurumlar və” sözləri əlavə edilsin;
7.3. 2.3-cü bənd üzrə:
7.3.1. birinci abzasa “mərkəzlər” sözündən əvvəl “yerli qurumlar və ya” sözləri əlavə edilsin;
7.3.2. ikinci abzasa “mərkəz” sözündən əvvəl “yerli qurum və ya” sözləri əlavə edilsin;
7.4. 2.6-cı bəndin ikinci cümləsində “məşğulluq mərkəzinin” sözləri “yerli qurumun və ya mərkəzin” sözləri ilə əvəz edilsin;
7.5. 3.3-cü bənd üzrə:
7.5.1. birinci abzasda “məşğulluq mərkəzi” sözləri “yerli qurum” sözləri ilə və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə” sözləri ilə əvəz edilsin;
7.5.2. ikinci və üçüncü abzaslarda ismin müvafiq hallarında “məşğulluq mərkəzi” sözləri ismin müvafiq hallarında “yerli qurum və ya mərkəz” sözləri ilə əvəz edilsin;
7.5.3. dördüncü abzasda “məşğulluq mərkəzləri” sözləri “yerli qurumlar” sözləri ilə əvəz edilsin;
7.6. 3.4-cü bənddə “məşğulluq mərkəzləri” sözləri “yerli qurumlar” sözləri ilə əvəz edilsin;
7.7. həmin Qaydaların Əlavəsində “Xidmətinin rəisi” sözləri “Agentliyinin İdarə Heyətinin sədri” sözləri ilə, “Məşğulluq mərkəzləri” sözləri “Yerli qurumlar” sözləri ilə və “Məşğulluq mərkəzinin” sözləri “Yerli qurumun” sözləri ilə əvəz edilsin.
 

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə