Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Böyükşor Avtonəqliyyat” ASC-nin 2020-ci il dekabrın 31-nə maliyyə vəziyyəti haqqında hesabatı

Müstəqil auditorun hesabatı
“Böyükşor Avtonəqliyyat” ASC-nin rəhbərliyinə
Müsbət rəy
Biz, “Böyükşor Avtonəqliyyat” ASC-nin 2020-ci il dekabrın 31-nə olan maliyyə vəziyyəti haqqında hesabatından, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatından, kapitalda dəyişikliklər haqqında və göstərilən tarixdə başa çatan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabatından, habelə uçot siyasətinin əhəmiyyətli prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət maliyyə hesabatının auditini aparmışıq.
Bizcə, əlavə edilmiş maliyyə hesabatları cəmiyyətin 2020-ci il dekabrın 31-nə maliyyə vəziyyəti, habelə maliyyə nəticələrini və göstərilən tarixdə başa çatan il üçün pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə düzgün və ədalətli təsəvvür yaradır.
Rəy üçün əsaslar
Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz əlavə olaraq hesabatımızın maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti bölməsində təsvir edilir.Biz maliyyə hesabatlarının auditinə aid olan etik normalarla “Etika Məcəlləsi”nin tələblərinə uyğun cəmiyyətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə uyğun yerinə yetirmişik. Bizcə, əldə etdiyimiz audit subutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.
Əsas audit məsələləri
Əsas audit məsələləri bizim peşəkar mühakiməmizə görə hesabat dövrünün maliyyə hesabatlarının auditində ən əhəmiyyətli məsələlərdəndir. Bu məsələlər maliyyə hesabatlarının auditi baxımından və maliyyə hesabatlarına aid rəyimizin formalaşdırılmasında bütövlükdə nəzərə alınmış və biz bu məsələlər haqqında ayrılıqda rəy vermirik.
Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti
Rəhbərlik maliyyə hesabatlarının, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə , rəhbərliyin fikrincə, dələduzluq və ya səhvlər nəticəsində əhəmiyyətli təhrif olmadığı maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.
Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik cəmiyyəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud bunu etməkdən başqa münasib alternativ yaranmadığı halda, cəmiyyətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühasibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə rəhbərlik məsuliyyət daşıyır.
İqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslər cəmiyyətin maliyyə hesabatlarının verilməsi prosesinə nəzarətə görə məsuliyyət daşıyırlar.
Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti
Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, dələduzluq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına aid kafi əminlik əldə etmək və rəyimiz daxil olan auditor hesabatıni təqim etməkdir. Kafi əminlik, əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit onu həmişə aşkarlasın. Təhriflər, dələduzluq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda, yaxud məcmu olaraq, istifadəçilərin təqdim edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qəraqrlarına təsir etmək ehtimalı yarandığı halda əhəmiyyətli hesab olunur.
“Cavid-audit” MMC-nin direktoru – auditor Ş.M.Məmmədov
Auditor rəyi 2021-ci il fevralın 5-də tərtib edilmişdir.
Ünvan- AZ1029, Bakı şəhəri, Böyükşor şossesi, 2062-ci məhəllə.

 

12 Mart 2021 02:39 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
7 May 2021 | 00:59
BİLDİRİŞ
7 May 2021 | 00:57
BİLDİRİŞ
7 May 2021 | 00:53
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə