Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Brakonyerlər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının respublika ərazisində keçirdikləri reyd zamanı Hacıqabul rayonu Atbulaq kəndi ərazisində icazəsiz ov edən şəxs saxlanılıb.

Araşdırma zamanı brakonyerin Hacıqabul rayon sakini İmran Məmmədov olduğu müəyyən edilib, ondan adları “Qırmızı Kitab”a düşən ütəlgi, muymulu, qaragöz quşları və ov alətləri götürülüb, təqsirkar şəxs inzibati qaydada 2000 manat məbləğində cərimə olunub.

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən isə Biləsuvar rayonunun Platina adlanan ərazisində icazəsiz ova cəhd edən 3 nəfər saxlanılıb. Onlardan 3 ov tüfəngi götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri Cavid Nehmətov, Murad Niftullayev və Miryusif Əzizli olduğu müəyyən olunub və hər biri inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.

 

Qəzənfər QASIMOV,
“Xalq  qəzeti”

29 Oktyabr 2018 18:47 - EKOLOGİYA
EKOLOGİYA
21 Oktyabr 2021 | 18:05
Sabahın HAVA PROQNOZU
21 Oktyabr 2021 | 17:03
Güclü külək əsəcək
19 Oktyabr 2021 | 17:09
Sabahın HAVA PROQNOZU
18 Oktyabr 2021 | 19:04
Xəzərdə zəlzələ olub
18 Oktyabr 2021 | 18:41
Sabahın HAVA PROQNOZU
16 Oktyabr 2021 | 18:15
Sabahın HAVA PROQNOZU
15 Oktyabr 2021 | 18:40
ETSN: Dağlara qar yağacaq
15 Oktyabr 2021 | 18:19
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə