Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda bəzi xəstəliklər üzrə peyvənd planı pandemiyaya görə tam yerinə yetirilməyib

“2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dais Tədbirlər Proqramı” çərçivəsində  dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, ölkəmizdə də peyvənd təqviminə uyğun olaraq  uşaqların immunizasiya yolu ilə 11 xəstəlikdən müdafiəsi təmin edilib.

"Xalq qəzeti" xəbər verir ki,  bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.

Məlumata əsasən, yeni doğulmuşların hepatit B əleyhinə vaksinlə təminatı 97.7 faiz, poliomielit əleyhinə  vaksinlə 93.8 faiz,  vərəm əleyhinə vaksinlə 93.7 faiz, pnevmokok əleyhinə, qızılca-parotiti məxmərək  əleyhinə  və göyöskürək –diteriya-tetanus-b tipli  hemoflus  inflüenza- hepatit B əleyhinə 5-  komponentli vaksinlə isə COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər  səbəbindən 58.9-66.2 faiz həddində yerinə yetirilib. 

Aparılmış  vaksinasiya tədbirləri nəticəsində peyvəndlərlə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə olunub. 

Belə ki,  poliomilelit, difteriya, göyöskürək, epidemik parotit xəstəlikləri ölkədə qeydə alınmır, tetanus, qızılca və məxmərəx  xəstəlikləri  isə tək-tək  hallarda baş verir. 

9 Mart 2021 17:18 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə