Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda intihara cəhdin qarşısı alınıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyib.

"Xalq qəzeti" nazirliyin saytına istinadən xəbər verir ki, xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

9 Mart 2021 14:58 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə