Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Voleybol üzrə Azərbaycan çempionatları təxirə salınıb

Voleybol üzrə Azərbaycan çempionatları keçirilməyəcək.

 Azərbaycan Voleybol Federasiyasından "Xalq qəzeti"nə məlumat verilib. 

Bildirilib ki, yarışların keçirilməməsinə səbəb koronavirus pandemiyasıdır. Qapalı məkanda məşq etməyə qadağaların tətbiqi voleybolçuların hazırlıq keçməsi və yarışların təşkilinə imkan vermir. Bu üzdən də 2020/21 mövsümündə kişi və qadınlar arasında ölkə çempionatı, həmçinin 1-ci dəstədəki yarışlar baş tutmayacaq.

Koronavirus pandemiyası ötən mövsümün də yarımçıq dayandırılması ilə nəticələnmişdi. 2019/20 mövsümündə qaliblər elan olunmadan saxlanılıb.

Qeyd edək ki, növbəti – 2021/22 mövsümünün keçirilib-keçirilməməsi koronavirusla bağlı vəziyyətdən asılı olacaq. 

Voleyboldan öncə isə basketbol üzrə Azərbaycan çempionatının baş tutmayacağı barədə qərar verilib. 

9 Mart 2021 14:49 - İDMAN
İDMAN
17 Aprel 2021 | 08:39
Rekord yenilənib
15 Aprel 2021 | 08:27
Dünyanın ən bahalı klubu

Köhnə versiyamızdan xəbərləri izlə