Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın sığorta bazarı 37 faiz böyüyüb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 568,538 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,2 faiz  çoxdur.

9 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 186,912 milyon  manat təşkil edib. Bu isə illik müqayisədə 0,9 faiz  azdır.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

29 Oktyabr 2018 18:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə