Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluğun hazırladığı növbəti videoçarxda vətəndaşların prokurorluq orqanlarına operativ müraciət üsulları izah olunub - VİDEO

Ölkəmizdə həyata keçirilən uğurlu islahatlar nəticəsində səmərəli idarəçiliyin formalaşdırılması, dövlət orqanlarının fəaliyyətində operativliyin artırılması, vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi istiqamətində müsbət nailiyyətlər əldə olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, həyata keçirilən kompleks islahatlar prokurorluq orqanlarında da davam etdirilir. Yeni dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır.

Aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət istiqamətləri ilə bağlı vətəndaşları maraqlandıran məsələlərlə bağlı Baş Prokurorluğun mətbuat xidməti tərəfindən müxtəlif maarifləndirici videoçarxlar hazırlanaraq ictimailəşdirilir.

Baş Prokurorluğun mətbuat xidməti tərəfindən təqdim olunan növbəti videoçarxda vətəndaşların prokurorluq orqanlarına operativ müraciət üsulları ilə bağlı izah verilib.

Videoçarxı Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələrindən, həmçinin veb-saytından izləmək mümkündür.

9 Mart 2021 12:04 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə