Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qadın güləşçilərimiz lisenziya turnirinə Budapeştdə hazırlaşırlar

Qadın güləşçilərdən ibarət yığmamız Macarıstanda təlim-məşq toplanışı keçir.

"Xalq qəzeti" xəbər verir ki, fevralın sonuncu günlərində Ukraynada keçirilən beynəlxalq turnirdə iştirak edən millimiz daha sonra Kiyevdən Budapeştə yollanıb. Martın 18-dən 21-dək həmin şəhərdə keçiriləcək Avropa Olimpiya təsnifat turnirinə hazırlıq xarakteri daşıyan toplanışda Azərbaycan, Macarıstan, Əlcəzair, Moldova, Rumıniya və Bolqarıstan komandaları iştirak edirlər.

Yığmamızın tərkibində lisenziya yarışında ölkəmizi təmsil edəcək Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) ilə yanaşı, millimizin lideri, ən titullu qadın güləşçimiz Mariya Stadnik (50 kq) də yer alıb. Millimiz baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında turnirin startınadək Budapeştdə həm taktiki-texniki, həm də fiziki hazırlıq üzərində çalışacaq.

Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız lisenziya yarışına Bakıda hazırlaşırlar.

9 Mart 2021 11:29 - İDMAN
İDMAN
17 Aprel 2021 | 08:39
Rekord yenilənib
15 Aprel 2021 | 08:27
Dünyanın ən bahalı klubu

Köhnə versiyamızdan xəbərləri izlə