Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Futzal üzrə Azərbaycan millisi Moldova yığmasının qonağı olacaq

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.

"Xalq qəzeti" xəbər verir ki, millimiz Kişinyovdakı Çioresku idman zalında Moldova yığması ilə qarşılaşacaq.

“CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq oyunu Polşadan olan birinci hakim Damian Qrabovski idarə edəcək. Ona belçikalı Yasin Alageyik kömək edəcək.

Matçın UEFA nümayəndəsi serbiyalı Zoran Dimiç olacaq.

Üç oyundan sonra Azərbaycan yığması 9 xalla 1-ci, Moldova 4 xalla 3-cü pillədə qərarlaşıb. Joze Alesionun başçılıq etdiyi kollektiv bu gün qələbə qazanacağı halda final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edə bilər.

9 Mart 2021 11:18 - İDMAN
İDMAN
17 Aprel 2021 | 08:39
Rekord yenilənib
15 Aprel 2021 | 08:27
Dünyanın ən bahalı klubu

Köhnə versiyamızdan xəbərləri izlə