Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda məhkumlar üçün videozənglər təşkil edilə bilər

Azərbaycanda məhkumlar üçün videozənglərin təşkili məqsədilə qanunvericiliyə dəyişiklik təklif olunur.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə Azərbaycan İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə illik məruzəsində bildirilib.

Sənəddə videozənglərin təşkil edilməsinin məhkumun ailəsi və yaxınları ilə əlaqələrini möhkəmləndirməklə islah prosesinə müsbət təsirini, görüş üçün sərf ediləcək nəqliyyat xərclərinə (xüsusilə uzaqda yaşayanlar üçün) qənaəti, qadağan edilmiş əşyaların müəssisə daxilinə keçirilməsinin qarşısının alınmasında əhəmiyyətini, habelə xarici ölkələrdə geniş tətbiq edilən videogörüntü vasitəsilə əlaqə saxlamaq təcrübəsini nəzərə alaraq, Azərbaycan Respublikası cəzaların icrası Məcəlləsinə qısamüddətli görüşə gələ bilməyən şəxslər üçün videogörüşlərin təşkilini nəzərdə tutan əlavənin edilməsi təklif olunur.

9 Mart 2021 10:24 - SİYASƏT
SİYASƏT
18 Aprel 2021 | 03:59
Tarixi dəyişdirən lider

Köhnə versiyamızdan xəbərləri izlə