Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Martın əvvəlindən ictimai iaşə müəssisələrində 1109 nöqsan aşkarlanıb

Bu ilin 01-07 mart tarixlərində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 22642 monitorinq həyata keçirilib və 1109 nöqsan aşkar edilib. 

AQTA-dan "Xalq qəzeti"nə verilən məlumata görə, Bakı şəhəri üzrə ən çox nöqsan Xətai rayonunda  (30 nöqsan), ən az isə Qaradağ və Suraxanı rayonlarında (hər birində 5 nöqsan) aşkarlanıb. 

Ən çox aşkar olunmuş nöqsanlar işçilərin tibbi maskadan istifadəsinə nəzarət edilməməsi (istifadə etməmələri) və tibbi maskanın təmin edilməməsi - 931 (84 %), masa (2 metr)  və oturacaqlar (1 metr) arasındakı məsafə ilə bağlı tələbə riayət olunmamasıdır - 124 (11%). 
Ümumilikdə, 25.09.2020-ci il tarixdən etibarən AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən ictimai iaşə müəssisəsində 55316 monitorinq həyata keçirilib və 3210 nöqsan aşkar edilib. 

9 Mart 2021 09:30 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə