Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tvitterə yeni funksiya gəlir - VİDEO

Populyar sosial şəbəkələrdən biri olan “Twitter” istifadəçilərini yeni “düymə” ilə sevindirməyə hazırlaşır.

“Haber Global”ın məlumatına görə, hazırda şəbəkənin servis komandası tərəfindən “undo” funksiyası sınaqdan keçirilir. Sözügedən funksiya atılan tvitlərin bir neçə saniyə sonra geri alınmasına imkan verəcək. Bu, tvitdə hər hansı bir səhv olduğu zaman onun yenidən pozularaq yazılması ehtiyacını aradan qaldıracaq.  

Yeniliyin nə zaman istifadəyə veriləcəyi, hələ ki, açıqlanmır.

9 Mart 2021 09:19 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə