Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Cumanci”nin dördüncü hissəsi çəkiləcək

“Seven Bucks Productions” şirkətinin rəhbəri Hiram Qarsiya “ComikBook”a verdiyi müsahibəsində “Cumanci”nin dördüncü hissəsinin çəkiləcəyini bildirib.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə gazeta.ru portalı məlumat yayıb.

Qarsiyanın sözlərinə görə, prodüser şirkəti həqiqətən də böyük ideyanı reallaşdırmaq niyyətindədir.

“Bu bizim ən çox sevdiyimiz layihələrdən biridir. Onun üzərində işləyib, buraxılışa hazırlayacağıq”, - deyə o, bildirib.

Qeyd edək ki, “Cumanci” filmi ilk dəfə 1995-ci ildə ekranlara çıxıb. 2017-2019-cu illərdə isə Dueyn Consonun iştirakı ilə filmin növbəti hissələri tamaşaçılara təqdim olunub.

9 Mart 2021 09:15 - CƏMİYYƏT
CƏMİYYƏT
13 Fevral 2021 | 02:11
Samux xəbərləri

Köhnə versiyamızdan xəbərləri izlə