Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur.

"Xalq qəzeti" xatırladır ki, yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. Bu, Novruz bayramı ərəfəsində keçirilən üçüncü çərşənbədir. Bu çərşənbə xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə”, “Külək çərşənbəsi” kimi də tanınır.

Yel çərşənbəsi günü evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur.

Bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri var: “Yel əsməyincə yarpaq tərpənməz”, “Yelin zarafatı qovmaqla başlanır”, “Yelə verdiyin düşmənə qismət olar”, “Yel apardığını qaytarmaz”, “Yellə dost olan yellənə-yellənə qalar”, “Yel bağlayanı el açar”, “Yeldən aman diləməzlər”, “Külək kimi hərdən bir yana əsmə”, “Küləkli havada dənizdə çimməzlər”, “Kələknən gələn, küləknən gedər”.

9 Mart 2021 09:00 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
17 Aprel 2021 | 08:22
Eldar Tofiq oğlu Quliyev
15 Aprel 2021 | 09:58
Kaşğarda Azıx şəhəri

Köhnə versiyamızdan xəbərləri izlə