Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Roma papasının İraqa səfəri başa çatıb

Roma papası Fransisk İraqa tarixdə ilk apostol səfərini bazar ertəsi günü başa vurub.

 "Xalq qəzeti" xarici KİV-ə istinadən xəbər verir ki, Bağdad beynəlxalq aeroportunda pontifiki ölkənin ali rəhbərliyinin nümayəndələri və qvardiyaçıların qarovulu yola salıb.

Poma papası İraqda olduğu dörd gün ərzində 1,4 min kilometr yol qət edib. O, martın 5-də Bağdada gəlib, sonrakı günlərdə Mosul və Ərbilə gedib, Nəcəf şəhərində İraq şiələrinin lideri ayətullah Əli əl-Sistani ilə görüşüb.

Papa Fransisk hələ 2019-cu ildə İraqa getmək arzusunu dilə gətirmişdi, lakin pandemiya bu planın həyata keçməsinə mane olmuşdu.

8 Mart 2021 16:59 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
17 Aprel 2021 | 04:42
Zelenski Parisə səfər edib

Köhnə versiyamızdan xəbərləri izlə