Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Emin Əmrulllayev 8 Mart münasibəti ilə paylaşım edib

Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir.

"Xalq qəzeti" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrulllayev "Facebook" səhifəsində bildirib. 

 

"Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər. Təhsil prosesinin də mərkəzində qadınlar dayanır.

Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar.

Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram", - nazirin bayram paylaşımında qeyd olunub. 

8 Mart 2021 14:29 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə