Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN: Liftdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas olunub

Bakıda liftdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib.

"Xalq qəzeti" Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ötən sutka ərzində nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

8 Mart 2021 10:49 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə