Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada son sutkada koronavirusa 478 mindən çox yoluxma faktı qeydə alınıb

Dünyada son sutka ərzində 478 614 nəfər koronavirusa yoluxub, 10 124 nəfər ölüb. 

"Xalq qəzeti" TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 116 135 492 yoluxma hadisəsi, 2 581 976 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 52 faizdən çoxu Şimali və Cənubi Amerikanın (251 483) payına düşür. Digər yerləri isə Avropa (154 926) ilə Cənub-Şərqi Asiya (30 332) bölüşür.

8 Mart 2021 09:30 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə