Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qax RİH Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi AÇIQ TENDER ELAN EDİR

Qax RİH Başçısının Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Qax şəhərinin küçə, prospekt və parklarının 2021-ci ildə işıqlandırılması üçün nəzərdə tutulan mal və materialların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR:

Tender 1 lot üzrə keçirilir.
Lot – 1. Qax şəhərinin küçə, prospekt və parklarının 2021-ci ildə işıqlandırılması üçün nəzərdə tutulan mal və materialların satın alınması.
Tender iştirakçılarına təklif edilir ki dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.
Tenderdə iştirak haqqı 150 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşilatın bank rekvizitləri:
Dövlət Xəzinədarlığı Agentliyi
H/h – AZ62CTRE00000000000002510432
VÖEN (Bank) – 1401555071
Bank – “Kapital Bank”ASC-nin Qax filialı
Kod – 210005
M/h – AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: STREAZ22
VÖEN – 4300052111
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.
3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
4. Tender təklifinin bank zəmanəti (1 faiz həcmində) zərflər açılan tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır.
5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış.
6. İddiaçıların son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.
7. İddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
8. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalınan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 2 aprel 2021-ci il saat 10.00-a və tender təklifi ilə bank təminatı sənədlərini isə 12 aprel 2021-ci il saat 18.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçların təklifləri 13 aprel 2021-ci il saat 10.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə portal vasitəsi ilə tanış ola bilərlər.
Qeyd – tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
E-şərtlər toplusunu 2021-ci il martın 7-dən sonra əldə etmək olar.
 

Tender komissiyası

7 Mart 2021 02:04 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Aprel 2021 | 08:01
BİLDİRİŞ
20 Aprel 2021 | 04:56
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə