Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi 2021-ci ildə AMEA-nın tabeliyindəki müəssisə və təşkilatların istifadəsindəki avtonəqliyyat vasitələrinin texniki sazlığının təmin olunması üçün zəruri ehtiyat hissələrinin satın alınması məqsədilə komissiyası AÇIQ TENDER ELAN EDİR:

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.
Lot-1. 2021-ci ildə AMEA-nın tabeliyindəki müəssisə və təşkilatların istifadəsindəki avtonəqliyyat vasitələrinin texniki sazlığının təmin olunması üçün zəruri ehtiyat hissələrinin satın alınması.
Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https//www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
İddiaçılar 150 (yüz əlli) manat məbləğdə iştirak haqqını (ASAN ödəniş vasitəsilə) aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat – Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi
VÖEN – 1700007431
Bank – DXA
Kod – 210005
VÖEN – 1401555071
M/h – AZ41NABZ01360100000000003944
SWIFT – CTREAZ22
H/h – AZ28CTRE00000000000004138316
Fond – 7, büdcə təsnifatı kodu – 142330
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 (bir) faizi məbləğində bank təminatı (təklif zərfləri açıldığı gündən sonra ən azı 60 bank günü ərzində qüvvədə olmalıdır);
- satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması (iddiaçının hüquqi statusu, nizamnaməsi, dövlət reyestrindən çıxarışın və vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti, rekvizitləri);
- iddiaçıların ixtisas göstəricilərinə aid məlumat;
- iddiaçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi və sosial müdafiə orqanından arayış, habelə son 1 (bir) il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə məlumatlar;
- yüklülük barədə vergi orqanından arayış;
- iddiaçının son 1 (bir) ildəki fəaliyyəti haqqında dövlət orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatı;
- iddiaçının son 1 (bir) ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- mikro, kiçik, orta və ya iri sahibkarlıq subyektinə aid olması barədə məlumat;
- iddiaçıların maşın və mexanizmləri, avadanlıqları və lazımi texniki imkanlarının olması haqqında məlumatlar;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 (beş) il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumatlar;
- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə məlumatlar.
Sənədlər Azərbaycan dilində 2 (iki) nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Üstünlük Azərbaycan dilinə veriləcəkdir.
İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçiriləcəkdir.
Tenderlə əlaqədar məlumat almaq üçün aşağıdakı şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs – Kamran Mustafayev
Ünvan – Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 30 nömrəli ünvanda yerləşən AMEA Rəyasət Heyətinin inzibati binası.
Telefon – (012) 492 83 98
E-mail – [email protected]
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 5 aprel 2021-ci il saat 11.00-a, tender təklifini və təklifin bank təminatını isə 13 aprel 2021-ci il saat 16.00-dək elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid internet portal vasitəsilə qəbul olunmayacaqdır.
İddiaçıların tender təklifi zərfləri 14 aprel 2021-ci il saat 11.00-da dövlət satınalmalarının vahid internet portal vasitəsilə açılacaqdır. Elektron satınalmanın hər bir iştirakçısı onların təkliflərinin açılışını və qiymətləndirilməsini elektron portal vasitəsilə izləyə bilər.
Qeyd – tenerdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
 

Tender komissiyası

7 Mart 2021 02:03 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Aprel 2021 | 08:01
BİLDİRİŞ
20 Aprel 2021 | 04:56
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə